Bakı. Trend:
Rusiyanın "Lukoil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzər dənizindən neft nəqlini dayandırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə isitnadən bildirir.
Qeyd olunur ki, şirkət həmin həcmi Xəzər boru xətti konsorsiumu sisteminə yönəldəcək.
Bu qərar Aİ-nin Rusiya neftinə embarqo qoyması ilə əlaqədar verilib. Aİ dekabrın 5-dən etibarən Rusiyadan neft alışına məhdudiyyətlər tətbiq edir.