...

Dünya Bankının Azərbaycandakı layihələrə investisiyaları 3 milyard dolları ötür - Nazir müavini

İqtisadiyyat Materials 7 Dekabr 2022 11:07 (UTC +04:00)
Dünya Bankının Azərbaycandakı layihələrə investisiyaları 3 milyard dolları ötür - Nazir müavini
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı (DB) Azərbaycanla birgə 3,2 milyard dollar dəyərində 49 layihə həyata keçirib.

Trend-in məlumatına görə, bunu çərşənbə günü iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli DB-nin "Azərbaycan: yaşıl inkişaf yolunda" hesabatının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkədə DB-nin üç layihəsi aktiv icra mərhələsindədir.

"Onların arasında yaşıl iqtisadiyyata dəstək məqsədilə nazirliyin himayəsi ilə həyata keçirilən və "World Baku Award" mükafatına layiq görülən "Bərk Məişət Tullantılarının İdarə Edilməsi Layihəsi" də var”, - deyə S.Bəşirli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti