...

Azərbaycandan ABŞ-yə kənd təsərrüfatı ticarət missiyası təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 8 Dekabr 2022 20:51 (UTC +04:00)
Azərbaycandan ABŞ-yə kənd təsərrüfatı ticarət missiyası təşkil olunub (FOTO)

Bakı. Trend:

5-7 dekabr tarixlərində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) Kənd təsərrüfatı ticarət missiyası təşkil olunub. Səfər “alma paytaxtı” kimi tanınan Vaşinqton Ştatının Venatçi şəhərində keçirilən “Şimal-Qərb Bağçılıq Sərgisi 2022” tədbiri çərçivəsində baş tutub.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə bildirilib ki, ölkəmizdən bir sıra kənd təsərrüfatı üzrə müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi səfər zamanı qarşılıqlı ticarət imkanları, təcrübə mübadiləsi və müxtəlif əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin nümayəndə heyəti Şimal-Qərb Bağçılıq Sərgisində iştirak edib, orqanik əkinçilik təcrübələrinə dair seminarlara qatılıb, müxtəlif təsərrüfatlara ekskursiyalarda olub, qida emalı, kənd təsərrüfatı sahəsi üzrə maşın və avadanlıqların istehsalı ilə məşğul olan qurumları ziyarət ediblər.

Missiya ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşıb. Səfərin məqsədi kənd təsərrüfatı layihələrinə ikitərəfli investisiyaların təşviqi, fermerlər, investorlar və sahə ekspertləri arasında davamlı dialoqun yaradılması, Birləşmiş Ştatlar və Azərbaycan arasında kənd təsərrüfatı ticarətinin artırılması, birgə təhsil və təlim proqramlarının hazırlanmasının müzakirəsi kimi məsələlər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti