...

Azərbaycanla Aİ arasında iqtisadiyyat sahəsində əməkdaşlıq səmərəlidir - Peter Mixalko

İqtisadiyyat Materials 15 Dekabr 2022 11:13 (UTC +04:00)
Azərbaycanla Aİ arasında iqtisadiyyat sahəsində əməkdaşlıq səmərəlidir - Peter Mixalko
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) bu il iqtisadiyyat, ticarət və təhsil sahələrində səmərəli əməkdaşlıq ediblər.

Trend-in məlumatına görə, bunu bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ildə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

P.Mixalko çıxışının əvvəlində Aİ-Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyətini qeyd edib.

O, Aİ-nin bu ilin əvvəlində elan etdiyi iqtisadi və investisiya planını xatırladıb. Bu plan Azərbaycanda iş yerlərinin yaradılması, "yaşıl" və rəqəmsal keçidin stimullaşdırılması yolu ilə iqtisadi inkişafın sürətləndirilməsinə yönəlmiş layihələri dəstəkləmək üçün 2 milyard avronun ayrılmasını nəzərdə tutur.

O, enerji sahəsində əməkdaşlıqdan danışaraq, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfərinin mühüm məqam olduğunu, bu səfər zamanı enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalandığını qeyd edib. "Bu saziş təkcə Azərbaycandan Aİ-yə qaz tədarükünə töhfə verməyəcək, həm də Azərbaycanın “yaşıl” inkişafına yönəlib", - səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti