Bakı. Trend:
2022-ci ilin dekabr ayında pul bazası 17,46 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,66 faiz və ya 477,3 milyon manat azdır.
Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
2021-ci ilin dekabr ayında Azərbaycanda pul bazası 17,937 milyard manatdan çox olub.
Qeyd edək ki, pul bazasına nağd pul, sərbəst bank və dövriyyədə olan kommersiya banklarının məcburi ehtiyatları daxildir.