...

Rus aviaşirkəti Bakıya reyslərin sayını artıracaq

İqtisadiyyat Materials 24 Yanvar 2023 15:16 (UTC +04:00)
Rus aviaşirkəti Bakıya reyslərin sayını artıracaq

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Utair aviaşirkəti bir sıra yeni marşrutlar açmaqda və o cümlədən, Bakıya mövcud marşrutlar üzrə uçuşların tezliyini artırmaqdadır.

Trend-in məlumatına görə, 2023-cü ildə Utair Xantı-Mansi Muxtar Dairəsinə uçuş proqramını böyütməkdədir.

"Utair qış proqramında Xantı-Mansi Muxtar Dairəsinin şəhərləri arasında, həmçinin, digər regionlar və ölkələrlə əlaqə üçün 56 istiqamət ötən mövsümlə müqayisədə 20 faiz yüksəkdir. Yeni reyslərin böyük hissəsi Rusiyadaxili marşrutların payına düşür, lakin biz xaricə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana - uçuşları da eyni aktivliklə artırmaqdayıq", - "Utair - Sərnişin Hava Yolları"nın prezidenti Oleq Semenov qeyd edib.

Qeyd edək ki, aviaşirkət Rusiyanın regionlarında sərnişin və yük daşınmasının təmin olunmasında mühüm rol oynayır. Utair marşrut xəttində 120-dən artıq istiqamət mövcuddur. Əsas məqsəd Povoljye, Sibir və Mərkəzi Rusiya ilə ölkənin cənubu arasında birbaşa reyslər təmin etməkdir. Utair regionlardan və paytaxtdan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Tacikistan, Türkiyə və Özbəkistanın şəhərlərinə uçuşlar təşkil edir.

Xatırladaq ki, Azərbaycanda sərnişindaşıma 2022-ci ildə 1,621 milyard nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33,5 % yüksək göstəricidir. Sərnişinlərin böyük hissəsi (86,7 %) avtonəqliyyatla, 12,9 % metropolitenlə, 0,4 % isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti