...

Azərbaycan investorların hüquqları və investisiyalarının müdafiəsini tam təmin edir - Sahib Məmmədov

İqtisadiyyat Materials 13 Fevral 2023 16:31 (UTC +04:00)
Azərbaycan investorların hüquqları və investisiyalarının müdafiəsini tam təmin edir - Sahib Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq investisiyalara açıqdır.

Trend-in məlumatına görə bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, ölkədə şirkətlərin və investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlər var və hazırlanmaqdadır.

"Biz investorların hüquqlarının və onların investisiyalarının hüquqi müdafiəsini tam təmin edirik. Biz istər İsrail şirkətlərini, istərsə də dünyanın digər ölkələrinin şirkətlərini Qarabağın bərpasında iştirak etməyə çağırırıq", - o deyib.

Məmmədov, həmçinin, investisiyaların əsasında Azərbaycanın regionda yaratmış olduğu siyasi stabillik olduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti