Bakı. Trned:
Azərbaycan və Litva Aİ-nin tvinninq-layihələri üzərində fəal işləyir.
Trend xəbər verir ki, Bunu Litvanın Azərbaycandakı səfiri Egidijus Navikas fevralın 15-də Litva Dövlətinin Bərpa Gününün 105 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hər iki ölkə müxtəlif sahələrdə birgə layihələr, o cümlədən Aİ-nin tvinninq layihələri üzərində fəal işləyir.
Səfir qeyd edib ki, Azərbaycan ilə Litva arasında möhkəm dostluq münasibətləri var. O əlavə edib ki, Litva Prezidentinin ötən il Azərbaycana rəsmi səfəri bunun ən gözəl nümunəsi olub.