...

“SOCAR Türkiyə” “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3,5 milyon türk lirəsi yardım edib

İqtisadiyyat Materials 16 Fevral 2023 01:13 (UTC +04:00)

Bakı. Trend:

“SOCAR Türkiyə” “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3,5 milyon türk lirəsi yardım edib.

Trend xəbər verir ki, bu barədə yardımların toplandığı Azərbaycan və Türkiyə teleradio kanallarının “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində ortaq yayımında bildirilib.

Qeyd edək ki, hazırda toplnan vəsait 108 milyard 663 milyon 563 min lirə təşkil edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti