...

Yeni suvarma texnologiyaları istifadə olunmalıdır - Tahir Rzayev

İqtisadiyyat Materials 14 Mart 2023 11:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatında yeni suvarma texnologiyaları istifadə olunmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yay aylarında pambığın və digər təsərrüfat sahələrinin suvarılmasında ciddi problemlər olur.

"Əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə əkilir. Digər kənd təsərrüfatı məhsullarının əkini də artıb. Bir milyon hektarda taxıl əkilir. Son illər əhali də sürətlə artır. Problem odur ki, biz sudan qənaətlə istifadə etmirik. Suvarma texnologiyası tətbiq olunmur. Yeni suvarma texnologiyaları istifadə edilməlidir", - deyə T.Rzayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti