...

Aİ Azərbaycan hökumətini inkişaf strategiyasına nail olmaqda dəstəkləməyə davam edəcək - Peter Mixalko

İqtisadiyyat Materials 29 Mart 2023 11:16 (UTC +04:00)
Aİ Azərbaycan hökumətini inkişaf strategiyasına nail olmaqda dəstəkləməyə davam edəcək - Peter Mixalko
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətini 2026-cı ilədək inkişaf strategiyasına nail olmaqda dəstəkləməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, proqram pandemiya dövründə hazırlanıb və o cümlədən COVID-19-a qarşı mübarizə vasitələrini ehtiva edir.

"Proqramın reallaşdırılması 2022-2024-cü illəri əhatə edir. Biz artıq proqram çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmişik. Bu xüsusən institutların və dövlət idarələrinin gücləndirilməsi, rəqəmsal inkişaf, iqtisadi inkişaf və bazar imkanları, habelə insan kapitalının inkişafından ibarətdir", - o əlavə edib.

Qeyd edək ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti