...

Azərbaycanda rəqəmsal pul köçürmələri üzrə yol xəritəsi hazırlanıb (FOTO)

İqtisadiyyat Materials 12 Aprel 2023 11:08 (UTC +04:00)
Azərbaycanda rəqəmsal pul köçürmələri üzrə yol xəritəsi hazırlanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal pul köçürmələri üzrə yol xəritəsi hazırlanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çərşənbə günü "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlənin gücləndirilməsi" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ödənişlərin rəqəmsallaşması bu layihənin reallaşdırılmasında böyük rol oynayır və aparılan tədqiqatlar qoyulmuş məqsədlərin əldə olunmasına imkan yaradır.

"Biz həmçinin istər vətəndaşlar arasında, istərsə də vətəndaşlarla dövlət arasında pul köçürmələrinin beynəlxalq standartlarının yaradılması üzərində çalışırıq. Bu layihənin reallaşdırılmasında məqsədimiz köçürülən pul vəsaitlərinin investisiya kimi olmasından, yəni əlavə gəlir gətirməsindən ibarətdir", - o deyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbayanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,62 milyard dollar olub ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.

Hesabat dövründə daha çox köçürmə Rusiyadan 2,969 milyard dollar məbləğində (4,8 dəfə artım) həyata keçirilib ki, bu da fiziki şəxslərin bütün köçürmələrinin 82 faizini təşkil edir. Fiziki şəxslər tərəfindən Azərbaycana ən çox pul köçürmələrinin həyata keçirildiyi 5 ölkə aşağıdakılarır: ABŞ - 155,342 milyon dollar (2,1 dəfə artım), Türkiyə - 122,141 milyon dollar (13,3 faiz artım), Almaniya - 53,585 milyon dollar (ikiqat artım) və Böyük Britaniya - 33,959 milyon dollar (4,9 faiz artım).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti