...

Bakı Limanı ilə Çinin Qinqdau Limanı arasında qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibəti ilə abidə inşa edilib (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2023 14:12 (UTC +04:00)
Bakı Limanı ilə Çinin Qinqdau Limanı arasında qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibəti ilə abidə inşa edilib (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Limanı ərazisində Bakı Limanı ilə Çinin Qinqdau Limanı arasında qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibəti ilə abidə inşa edilib.

Trend bazar ertəsi xəbər verir ki, abidənin açılış mərasimi Bakı Limanı ilə Çinin Qinqdau Limanı arasında Anlaşma Memorandumu imzalandıqdan sonra baş tutub.

Sənəd Bakı Limanının baş direktoru Zöhrab İsmayılov və Qinqdau limanının baş direktor müavini Lyü Qan tərəfindən imzalanıb.

Qeyd edək ki, memorandum Çin, Cənubi Koreya və digər Şərq ölkələrindən Avropaya daşınmaq üçün Azərbaycan ərazisinə yükləri, həmçinin yeni texnologiyaları cəlb etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti