...

DSİ şirkəti enerji sahəsi üzrə Türkiyədə 10-dan çox layihə həyata keçirəcək

İqtisadiyyat Materials 19 Aprel 2023 12:27 (UTC +04:00)
DSİ şirkəti enerji sahəsi üzrə Türkiyədə 10-dan çox layihə həyata keçirəcək

Bakı. Trend:

2023-cü ildə Türkiyənin DSİ GN. MD. şirkəti enerji sahəsi üzrə ölkədə 13 layihə həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 2,1 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 44,6 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 8,1 milyard lirədir.

Qeyd olunub ki, keçən il Türkiyədə energetika layihələrinə ümimilikdə 297,1 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 76,8 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti