...

Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 21 Aprel 2023 12:01 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi artıb
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübündə Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 373,9 milyon dollar olub.

Trend bu barədə cümə axşamı Gürcüstanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xəbər verilir ki, hesabat dövründə bu göstərici ötən ilin ilk üç ayı ilə müqayisədə (355,4 milyon dollar) 5,1 faiz artıb.

Komitənin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana ixrac 180,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin analoji aylarının göstəricisindən (125,3 milyon dollar) 44,1 faiz çoxdur.

Bu ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycandan idxalı 2022-ci ilin birinci rübü ilə (230,08 milyon dollar) müqayisədə 16,02 faiz azaldaraq 193,24 milyon dollara salıb.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,3 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən (1,1 milyard dollar) 16,1 faiz çox olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti