...

Azər Türk Bankdan sahibkarlara güzəşt müddətli kredit xətti

İqtisadiyyat Materials 27 Aprel 2023 16:02 (UTC +04:00)
Azər Türk Bankdan sahibkarlara güzəşt müddətli kredit xətti

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bankın davam etdirdiyi “Sahibkar” kredit kartı layihəsi biznes nümayəndələrinin Bank tərəfindən təqdim olunan məhsul və xidmətlərdən faydalanmasını, eləcə də maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır.

Trend xəbər verir ki, Bank “Sahibkar” kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təklif edir.

Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80%-i həcmində, maksimal məbləğ 5 000 manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.

Azər Türk Bankın “Sahibkar” kredit kartını əldə etmək üçün Bankın internet səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti