...

Aİ Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir - Peter Mixalko

İqtisadiyyat Materials 3 May 2023 12:54 (UTC +04:00)
Aİ Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir - Peter Mixalko
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aİ Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir.

Trend çərşənbə günü xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Dünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistlərlə keçirilən görüşdə deyib.

Səfir bildirib ki, son illər ərzində Azərbaycanla Aİ arasında investisiyalar, energetika və iqtisadiyyat sahələrində əməkdaşlıqda artım müşahidə olunur.

"İkitərəfli münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, Aİ Azərbaycanın əsas ticari tərəfdaşlarındandır. Ticarətdə sürətli artım müşahidə edirik. 2022-ci ildə Azərbaycanın əsas ixracatçısı Aİ olub. Ötən il Aİ ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə ikiqat artıb. Azərbaycanın əmtəə dövriyyəsinin ümumi strukturunda Aİ 53 faiz yer tutur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti