...

Aİ Azərbaycanda investisiya potensialını öyrənir - Səfir (YENİLƏNİB)

İqtisadiyyat Materials 3 May 2023 14:38 (UTC +04:00)
Aİ Azərbaycanda investisiya potensialını öyrənir - Səfir (YENİLƏNİB)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda investisiya potensialını öyrənir.

Trend xəbər verir ki, bunu Avropa Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Dünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistlərlə bu gün keçirilən görüşdə deyib.

"Bu gün Azərbaycanda 400-ə yaxın Avropa şirkəti fəaliyyət göstərir. Deyə bilərəm ki, Azərbaycan böyük potensiala malikdir. Avropa investorlarının Azərbaycanın biznes mühitinə maraq göstərdiyini müşahidə edirik. Qeyd edim ki, qarşılıqlı investisiyalar sahəsində Azərbaycanla Aİ arasında əməkdaşlıq həm də İttifaqdan kənar ölkələr arasında etibarlı əlaqənin təminatı rolunda çıxış edə bilər. Bu məsələdə Orta Dəhlizin rolu vurğulanmalıdır, belə ki, hazırda bu marşrut Azərbaycan üçün də çox aktualdır və gələcəkdə Avrasiyada əsas əlaqələndirici keçid qismində çıxış edəcək", - o deyib.

Xatırladaq ki, 17 may 2022-ci ildə Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumun əsas məqsədi Azərbaycanla Aİ arasında iqtisadi və investisiya əməkdaşlığını genişləndirməkdən, həmçinin Avropanın biznes dairələrini Azərbaycanın investisiya potensialı barəsində məlumatlandırmaqdan ibarət olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti