...

Azərbaycanla Polşa arasında əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə artıb - Səfir

İqtisadiyyat Materials 4 May 2023 10:15 (UTC +04:00)
Azərbaycanla Polşa arasında əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə artıb - Səfir
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Polşa ticari-iqtisadi əlaqələrin qarşılıqlı inkişafına böyük diqqət ayırırlar.

Trend xəbər verir ki, bu barədə ötən gün Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşa Konstitusiyasının qəbul olunmasının növbəti ildönümü ilə əlaqədar tədbirdə deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsində müsbət dinamika müşahidə olunur.

"Son statistik məlumatlara əsasən, Polşanın Azərbaycana ixracı 98 faiz, Azərbaycanın Polşaya ixracı isə 5,5 dəfədən çox artıb", - səfir deyib.

O, iki ölkə arasında həmçinin investisiya əməkdaşlığının inkişaf etməkdə olduğunu qeyd edib.

"Təkcə son aylar ərzində Polşa səfirliyi ölkədə azərbaycanlı tərəfdaşlar üçün bir sıra biznes missiyaları başladıb. İki ölkənin iş adamları və vətəndaşları arasında qarşılıqlı əlaqələrin inkişafına həmçinin bir ildən çoxdur ki, Polşanın "LOT" aviaşirkəti tərəfindən Varşava-Bakı birbaşa reysinin açılması da imkan yaradıb", - R.Poborski deyib.

Qeyd edək ki, 2023-cü il mayın 3-də Polşa Konstitusiyanın qəbul olunmasının 232-ci ildönümünü qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti