Bakı. Trend:
SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.
Trend xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan
şərait barədə məlumat verilib.
Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü
olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə
təqdimatlar edilib və müzakirələr aparılıb.
Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.