Bakı. Trend:
Bakı Gəmiqayırma Zavodu MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Hollandiyanın "Damen Shipyards Gorinchem B.V." şirkəti üçtərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, bu əməkdaşlıq çərçivəsində Bakı Gəmiqayırma Zavodunda "Damen" gəmiləri tikiləcək.
Qeyd edək ki, “Damen” dünyanın müxtəlif ölkələrində yerləşən 35 gəmiqayırma və gəmi təmiri zavodunu, o cümlədən şirkətin baş ofisinin yerləşdiyi Hollandiyada 15 gəmiqayırma zavodunu birləşdirir. Qalan 20 gəmiqayırma zavodu Polşa, Rumıniya, Türkiyə, Qətər, Çin, Vyetnam, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurda yerləşir. Şirkətin bir çox başqa ölkələrdə də birgə müəssisələri var. Bu gün şirkətdə 11 mindən çox işçi çalışır.