...

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl” texnologiyalardan və bərpa olunan enerji mənbələrindən istifadə konsepsiyası hazırlanıb

İqtisadiyyat Materials 2 İyun 2023 08:16 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” texnologiyalardan və bərpa olunan enerji mənbələrindən istifadə konsepsiyası hazırlanıb.

Bunu Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, bu strategiyanın əsas müddəaları həm ətraf mühitin, su ehtiyatlarının, flora və faunanın qorunub saxlanmasına, həm də ərazinin davamlı inkişafının təmin edilməsinə xidmət edir.

"Biz bu gün üçün işğaldan azad edilmiş ərazilərin 4 min meqavatlıq günəş enerjisi və 5 min meqavatdan çox külək enerjisi potensialını müəyyən etmişik. Həmçinin Qarabağ Azərbaycanın su ehtiyatlarının formalaşma mənbəyidir. Bu istiqamətdə su ehtiyatlarının bərpası, eləcə də mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir", - deyə o bildirib.

Z.Mikayılov sudan istifadə məsələsinə toxunaraq bildirib ki, Azərbaycanın su ehtiyatlarının böyük hissəsi kənd təsərrüfatında istifadə olunur.

"Hesab edirəm ki, kənd təsərrüfatı sektorunda “yaşıl” texnologiyalardan və bərpa olunan enerji mənbələrindən istifadə su ehtiyatlarından istifadənin azalmasına gətirib çıxara bilər. Bu, həm də kənd təsərrüfatı sektorunun davamlı inkişafını və ətraf mühitin mühafizəsini təmin edəcək. Mən vurğulamaq istəyirəm ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi bizə böyük miqdarda su ehtiyatlarına qənaət etməyə imkan verəcək", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti