...

Yaxın 10 il ərzində Orta Dəhliz üzrə yükdaşımaların artım dinamikası davam edəcək

İqtisadiyyat Materials 17 İyun 2023 08:10 (UTC +04:00)
Yaxın 10 il ərzində Orta Dəhliz üzrə yükdaşımaların artım dinamikası davam edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların artım dinamikası növbəti 10 ildə də davam edəcək.

Bu barədə Trend-ə TBNM Assosiasiyasının baş katibi Qaydar Abdikərimov məlumat verib.

Onun sözlərinə görə, hər il bu marşrut üzrə yükdaşımaların artımı qeydə alınır.

“Əgər 2022-ci ildə 33 min TEU-dan çox konteyner və ya 1,5 milyon tondan çox yük TBNM vasitəsilə ötürülübsə, bu il biz konteynerlərin TBNM vasitəsilə daşınmasının 20 faizdən çox - 40 min TEU-ya qədər artacağını, daşınma həcminin isə 35 faiz səviyyəsində - iki milyon tona qədər artacağını proqnozlaşdırırıq. Biz həmçinin ortamüddətli perspektivdə (5-10 il) TBNM vasitəsilə yüklərin daşınmasının dinamik və illik artımını proqnozlaşdırırıq. Bunun izahı dəhlizə yüksək tələbat, ölkələrin həm bizim assosiasiyada iştirakda, həm də onun vasitəsilə yüklərin daşınmasında maraqlı olmasıdır”, - deyə Qaydar Abdikərimov bildirib.

Qeyd edək ki, yaxın beş ildə TBNM proseslərinin infrastrukturuna və səmərəliliyinin artırılmasına təxminən beş milyard avro sərmayə qoyulacaq. Bu marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropaya doğru dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayır.

Bu marşrutun məqsədi Çin, Qazaxıstan kimi ölkələrdən Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya vasitəsilə yüklərin tranzitini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti