...

Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard dollara çatıb

İqtisadiyyat Materials 28 İyul 2023 14:21 (UTC +04:00)
Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard dollara çatıb

Bakı.Trend:

2023-cü ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 968 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 20 milyard 904 milyon dollara, idxalı isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollara çatıb.

“Bu ilin yanvar-iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 307 milyard 917 milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti