...

Daha iki rezident statusu verildi (FOTO)

İqtisadiyyat Materials 7 Avqust 2023 11:39 (UTC +04:00)
Daha iki rezident statusu verildi (FOTO)

Bakı. Trend:

Azərbaycanda daha iki rezident statusu verilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında paylaşım edib.

"Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və "Kronos Agro" MMC-yə rezident statusu verilib. Rezidentlər tərəfindən 61,9 hektar sahədə investisiya həcmi 938,4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti