...

Bu şəxslərin ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limit LƏĞV EDİLDİ

İqtisadiyyat Materials 10 Avqust 2023 11:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən, sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (Qaydalar) Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə dəyişikliklər edilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, həmin dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (https://e-qanun.az/framework/54860) daxil edilib və 9 avqust 2023-cü il tarixində qüvvəyə minib.

Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq, 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin, fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti