...

Azərbaycanın Türkiyədən hazır geyim idxalı 50 milyon dollara çatıb

İqtisadiyyat Materials 7 Sentyabr 2023 14:13 (UTC +04:00)
Azərbaycanın Türkiyədən hazır geyim idxalı 50 milyon dollara çatıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artıraraq, 49,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Vurğulanıb ki, avqust ayında Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13,7 faiz azaldaraq, 5,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 13,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 16,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 20,2 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti