...

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

İqtisadiyyat Materials 16 Oktyabr 2023 17:09 (UTC +04:00)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2023-cü il tarixinə aktivləri 863,3 milyon manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 435 milyon manat təşkil etmişdir.

2023-cü ilin doqquz ayı ərzində Bankın gəlirləri 67,6 milyon manat, xərcləri 57,1 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Bank 10 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötənilki göstəricidən dəfələrlə çoxdur.

Bankın məcmu kapitalının həcmi 75,3 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 782,5 milyon manat səviyyəsindədir.

Bankın depozit portfeli 420,8 milyon manat təşkil etmişdir.

Əhali tərəfindən Banka 202 milyon manat məbləğində əmanət qoyulmuşdur.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,4%, kapitalın gəlirlilik əmsalı (ROE) 16,7% təşkil etmişdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti