...

Qazaxıstan Transxəzər beynəlxalq marşrutundan fəal istifadənin tərəfdarıdır

İqtisadiyyat Materials 5 Noyabr 2023 11:24 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınma müddətini yarıya yaxın endirməyə imkan verəcək", - deyə Baş nazir qeyd edib.

Qazaxıstanın Baş naziri Çinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal şəkildə istifadə etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti