...

Gürcüstan Azərbaycandan 23,1 min ton aviasiya yanacağı idxal edib

İqtisadiyyat Materials 13 Noyabr 2023 06:39 (UTC +04:00)
Gürcüstan Azərbaycandan 23,1 min ton aviasiya yanacağı idxal edib

Bakı. Trend:

Gürcüstan cari ilin on ayında 106,8 min ton aviasiya yanacağı idxal edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının saytında məlumat verilib.

Bildirilir ki, Gürcüstan hesabat dövründə ən çox Türkmənistandan aviasiya yanacağı idxal edib – 49,9 min ton (ümumi idxalın 46,7 faizi). Gürcüstanın aviasiya yanacağı idxal etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Hesabat dövründə Gürcüstan ölkəmizdən 23,1 min ton aviasiya yanacağı idxal edib. Bu da ümumi idxalın 21,6 faizini təşkil edir.

Siyahıda ilk beşlikdə sonrakı yerləri Yunanıstan, Türkiyə və Malta tutur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti