...

2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır – Baş nazir

İqtisadiyyat Materials 5 Dekabr 2023 11:51 (UTC +04:00)
2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır – Baş nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıb, inflyasiya tempi azalıb.

Trend-in məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-nin 97 faizinə bərabərdir.

“Hökumətin anti-inflyasiya tədbirləri, məzənnə sabitliyinin tənzimlənməsi nəticəsində inflyasiya tempi azalıb. 2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır. İnflyasiyanın qarşısının alınması və məqbul səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdiriləcək”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti