...

Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır - İranlı nazir

İqtisadiyyat Materials 11 Dekabr 2023 15:40 (UTC +04:00)
Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır - İranlı nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolunun tikintisinin yekunlaşdırılması məsələsi müzakirə olunub.

Trend xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş Rusiya səfərindən qayıtdıqdan sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, Rusiya Fars körfəzi ölkələri ilə ticarət əlaqəsini artıq İran ərazisindən tranzit kimi istifadə etməklə həyata keçirir. Onun sözlərinə görə, bu il Rusiyadan Körfəz ölkələrinə yükdaşımaların həcmində 30 faiz artım müşahidə edilib.

Nazir qeyd edib ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi də istismara verildikdən sonra həm ikitərəfli ticarət əlaqələri, həm də tranzit yükdaşımalar artacaq:

“İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanından yüklərin Rusiyaya daşınması 20 gün müddətində həyata keçirilir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən əvvəl Rusiya ilə körfəz ölkələri arasında yüklər 49 gün ərzində daşınırdı.

Ötən ilin sentyabrında Bakıda Azərbaycan, İran və Rusiyanın müvafiq qurumlarının rəhbərləri görüşərək Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılması məsələsini müzakirə ediblər. Bu yol hər 3 dövlətin iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyır".

Xəbər lenti

Xəbər lenti