...

Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi

İqtisadiyyat Materials 3 Fevral 2024 13:28 (UTC +04:00)
Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941

Məqalədə:
Xəbər lenti

Xəbər lenti