...

ATB kartdan karta köçürmələr üçün limit qoyub? - AÇIQLAMA

İqtisadiyyat Materials 12 Mart 2024 14:03 (UTC +04:00)
ATB kartdan karta köçürmələr üçün limit qoyub? - AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Debet və kredit kartları vasitəsilə C2C əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, bu növ əməliyyatlar üçün kəmiyyət limitinin olmaması bəzi müştərilər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azər Türk Bank"dan məlumat verilib.

"Bankımıza məxsus debet və kredit kartları vasitəsilə C2C əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, bu növ əməliyyatlar üçün kəmiyyət limitinin olmaması bəzi müştərilər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır. Azər Türk Bankın aidiyyəti strukturları tərəfindən bir sıra şübhəli əməliyyatlar təhlil edilmiş, çox sayda vergidən yayınma hallarııın olduğu aşkar olunmuş, eləcə də bir sıra dələdüzluq hallarının qarşısı alınıb.

Bunları nəzərə alaraq, bu tip əməliyyatlara xüsusi diqqət ayrılmış, əməliyyatların sayına limit təyin edilib.

Təyin olunan limit Bank mütəxəssisləri tərəfindən bu sahədə statistik göstəricilərimizə əsaslanaraq müəyyənləşdirilib", - məlumatda deyilir.

Qeyd edək ki, bank müştəriləri limit müəyyən edildiyi üçün bundan sonra gündə 15, ayda 60 dəfə “kartdan karta” köçürmələr həyata keçirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti