...

Gürcüstan turistlər üçün icbari sığorta tətbiq edəcək - Bu tarixdən

İqtisadiyyat Materials 17 İyun 2024 13:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il yanvarın 1-dən Gürcüstana gələn bütün xarici turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari olacaq.

Trend bu barədə gürcü KİV-lərinə istinadən xəbər verir.

Ölkəyə gələn qonaqların sağlamlığının və təhlükəsizliyinin qorunması üçün turizm qanunvericiliyinə dəyişikliklər edilib.

Yeni tələblər üçün planlaşdırılan icra tarixi əvvəlcə 1 iyun 2024-cü il tarixinə təyin edilmişdi, lakin özəl sektor, habelə xarici səfirliklər və konsulluqların tam hazırlıqlı və məlumatlı olmasını təmin etmək üçün təxirə salınacaq.

Bu dəyişikliklər parlament çoxluğu tərəfindən dəstəklənir və bu, özəl sektorun yeni qaydalara uğurla uyğunlaşdırılması üçün yeni normativ aktların, o cümlədən məlumat kampaniyalarının və digər tədbirlərin həyata keçirilməsinə çoxmərhələli yanaşmanın zəruriliyi vurğulanır.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti