...

Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıb

İqtisadiyyat Materials 23 İyul 2024 13:08 (UTC +04:00)
Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıblar.

Trend xəbər verir ki, imzalanma mərasimi Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında keçirilən Azərbaycan-Qazaxıstan turizm forumu çərçivəsində Azərbaycan Bələdçilər Assosiasiyasının vitse-prezidenti Rüfət Əliyev və Qazaxıstan Bələdçilər Assosiasiyasının vitse-prezidenti Aleksandr Axnazarovun iştirakı ilə baş tutub.

Bundan başqa, forum çərçivəsində həmçinin iki ölkənin turizm agentliklərinin rəhbərlərinin В2В görüşlərinin sessiyası keçirilib.

Forumda Qazaxıstanın turizm sənayesinin nümayəndələri forum iştirakçılarına bu ölkənin populyar turizm marşrutları haqqında məlumat verib, Qazaxıstanın unikal və mənzərəli təbiətini nümayiş etdirib, həmçinin 8-14 sentyabr tarixlərində Astanada keçiriləcək 5-ci Ümumdünya Köçəri Oyunları haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, ötən il Azərbaycana 58 min qazaxıstanlı turist səfər edib. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 38 mindən çox qazaxıstanlı turist gəlib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti