...

Əmanətlərin Sığortalanması Fondu bu bankı reyestrindən çıxardı

İqtisadiyyat Materials 30 İyul 2024 16:26 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu bu bankı reyestrindən çıxardı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş "Naxçıvan Bank" ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar "Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Reyestrə daxil olma tarixi

Bankın adı

1

30.07.07

"XALQ"Bankı ASC

2

30.07.07

"Azərbaycan Beynəlxalq Bankı"ASC

3

30.07.07

“ACCESSBANK” QSC

4

30.07.07

Melli İran Bankı Bakı filialı

5

30.07.07

"Azər-Türk Bank" ASC

6

30.07.07

"Bank of Baku" ASC

7

30.07.07

"Bank Respublika" ASC

8

30.07.07

"Kapital Bank" ASC

9

30.07.07

"YELO BANK" ASC

10

30.07.07

"Rabitəbank" ASC

11

30.07.07

"TURANBANK" ASC

12

30.07.07

"UNİBANK" KB ASC

13

30.07.07

Yapı Kredi Bank Azərbaycan QSC

14

07.08.07

"Expressbank"ASC

15

10.09.07

"Azərbaycan Sənaye Bankı" ASC

16

04.12.07

"Bank Avrasiya" ASC

17

04.12.07

"Paşa Bank" ASC

18

16.01.09

"AFB BANK"ASC

19

26.02.09

BANK VTB (AZƏRBAYCAN) ASC

20

28.04.09

PREMIUM BANK ASC

21

15.04.10

Bank "BTB" ASC

22

15.05.15

"Ziraat Bank Azərbaycan" ASC

Məqalədə:
Xəbər lenti

Xəbər lenti