Bakı. Trend:
Yelo Bank aqrar sahədə çalışan zəhmətkeş fermerlərin gündəlik və
təxirəsalınmaz xərcləri üçün əla şərtləri olan kredit kartı təklif
edir. Bank bu dəfə kənd təsərrüfatı ilə məşğul olan hüquqi şəxs və
fərdi sahibkarlar üçün aqro kredit kart məhsulunu təqdim edir. Bu
məhsulun aşağıdakı üstünlükləri var:
• Kredit məbləği: 5000 AZN-dək
• Kredit xəttinin müddəti: 24 ay
• Güzəşt müddəti: 12 ayadək
• Kredit xəttindən təkrar istifadə imkanı
• Sürətli rəsmiləşdirmə prosesi
Kartın əsas üstünlüyü olan güzəşt müddəti nağdlaşdırılmış hər
vəsaitə şamil olunur, yəni bu kartla nağdlaşdırılmış istənilən
məbləğli əməliyyata görə 12 ayadək güzəşt müddəti tətbiq
olunur.
Xərclərinizə və kredit ödənişinizə nəzarət etmək üçün sadə
interfeysi ilə fərqlənən Yelo App də 24/7 xidmətinizdədir. Qeyd
edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM
və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma
komissiyasızdır.
Son illərdə sürətlə rəqəmsallaşan Yelo Bank yaxın zamanda biznes
sahibləri üçün yeni məhsullar təqdim etməklə bərabər, bir sıra
xidmətləri daha da təkmilləşdirəcək. Yelo aqro kredit kartı:
https://bit.ly/3yctDsf
Mikro
biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!