...

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 24 Sentyabr 2024 09:43 (UTC +04:00)
Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Trend xəbər verir ki, bunları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev facebook sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275% artdığı qeyd edildi.

Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirdi”, - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti