...

Azərbaycanda könüllü karbon bazarı üçün bir sıra normativ aktlar hazırlanıb

İqtisadiyyat Materials 1 Oktyabr 2024 13:23 (UTC +04:00)
Azərbaycanda könüllü karbon bazarı üçün bir sıra normativ aktlar hazırlanıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan həm könüllü, həm də uyğunluq bazarı üçün bir sıra normativ aktlar hazırlayıb.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Bakıda keçirilən "Azərbaycanda könüllü karbon bazarlarına giriş" seminarında deyib.

"Bu normativ aktlar emissiya ticarət sistemini və hazırda hökumətdə müzakirə etdiyimiz paralel karbon vergi sistemini tətbiq etməyə kömək edəcək. Bu karbon bazarı sisteminin tənzimlənməsinin vacibliyini də başa düşürük", - o deyib.

O əlavə edib ki, "Azərbaycanda könüllü karbon bazarlarına giriş" seminarı da Bakıda keçirilən İqlim Həftəsinin mühüm bir hissəsidir.

"Artıq qeyd edildiyi kimi, karbon bazarları qlobal istixana qazlarının emissiyalarını azaltma məsələsində getdikcə daha da əhəmiyyətli rol oynayır. Bilirsiniz ki, bu il Bakıda COP29-da müzakirə ediləcək əsas mövzulardan biri 6-cı maddədir. Burada 6.2 və 6-cı maddələrə uyğun olaraq yaradılmalı olan beynəlxalq karbon bazarının mexanizmləri müzakirə ediləcək", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti