Bakı. Trend:
Ötən il strateji inkişaf planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda mühüm infrastruktur layihələri icra edilib.
Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq standartlara uyğun uçuş-enmə zolaqlarından birinin tamamilə yenidən qurulması və ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.
Qeyd olunub ki, sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb.
Bildirilib ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat edir.