...

Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdən istifadəni genişləndirəcək - DGK sədri

İqtisadiyyat Materials 16 Yanvar 2025 11:59 (UTC +04:00)
Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdən istifadəni genişləndirəcək - DGK sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdən istifadəni genişləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca 10-cu iclasında etdiyi çıxışda bildirib.

“Bizim Özbəkistanla əməkdaşlığımız uzun tarixə əsaslanır və biz Özbəkistanın ələlxüsus gömrük xidmətində informasiya-texnologiya çözümləri istiqamətində əldə etdiyi nailiyyətləri öyrənirik. Biz, eyni zamanda, risklərin idarə olunması sistemləri ilə bağlı uğurları təhlil edirik və onların üzərində birgə işləyirik”, - deyə nazir söyləyib.

Ş.Bağırov qeyd edib ki, növbəti hədəflərə Özbəkistan Respublikasının gömrük xidməti ilə süni intellekt əsasında əməkdaşlıq, onun tətbiqi ilə bağlı fikir mübadiləsi, həmçinin, gömrük proseslərində süni intellektdən istifadənin genişləndirilməsi daxildir.

“Bundan başqa, biz biliklərimizi qarşılıqlı olaraq zənginləşdirməyi davam etdirmək məqsədilə bu sahədə faktiki olaraq praktiki təcrübəsi olan digər xidmətlərin və gömrük orqanlarının təcrübələrinin öyrənilməsini qarşımıza məqsəd qoyuruq”, - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti