Bakı. Trend:
Bakı-Tbilisi-Qars dəmiryolu xətti orta Dəhlizin ən vacib hissəsidir.
Trend xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtiasdi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu İclasının açılışında bildirib.
“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tam olaraq həyata keçirilməsi üzrə birgə səylərə xüsusi diqqət yetirilməlidir. Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın səyləri hesabına yükdaşımalarının buraxıcılıq qabiliyyəti bir milyon tondan beş milyon tona yüksəlib”, - deyə baş nazir bildirib.
Ə.Əsədov həmçinin vurğulayıb ki, Xəzərin ən iri ticarət limanlarından sayılan Bakı beynəlxalq Dəniz Ticarəti limanı da Orta dəhlizdə həlledici rol oynayır.
“Hal-hazırda limanın yük buraxma qabiliyyətinin ilə 15 milyon tondan 25 milyon tona qədər qaldırılması istiqamətində aktiv işlər aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta dəhlizin vacib elementlərindən sayılır. Biz çox şadıq ki, bu gün aidiyyəti qurumlarımız nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Bütün bu kimi tədbirlər qitələrarası sövdələşmələrdə Azərbaycan və Gücüstanın əsas tranzit həlqələri kimi rolunu gücləndirir.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfər edib.