Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Trend xəbər verir ki, 25 günlük fasilədən sonra XIX turun açılış matçı keçirilib. 2025-ci ilin ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Ötən mövsümün çempionu və cari lideri “Qarabağ” doğma meydanda “Şamaxı”nı qəbul edib.
Gərgin və məhsuldar keçən qarşılaşmada ümumilikdə qapılara 5 qol vurulub. "Şamaxı" iki dəfə hesabı bərabərləşdirsə də, Ağdam təmsilçisi üçüncü dəfə önə keçərək oyunu öz xeyrinə tamamlayıb. Beləliklə, Qurban Qurbanovun komandası 2025-ci ilə qələbə ilə start verib.
Qeyd edək ki, XIX tura yanvarın 19-da yekun vurulacaq.