...

Qrenlandiya hər zaman NATO üzvü olacaq - Müte Egede

Dünya xəbərləri Materials 17 Yanvar 2025 12:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qrenlandiya hər zaman NATO üzvü olacaq və ABŞ ilə əməkdaşlığa hazırdır. Bununla belə, biz bölgənin ABŞ-nin tərkibinə daxil edilməsinə qarşı çıxırıq.

Trend xəbər verir ki, bunu Qrenlandiya muxtariyyatının hökumət başçısı Müte Egede ABŞ-nin seçilmiş prezidenti Donald Trampın iradlarını şərh edərkən bildirib.

“Biz hər zaman NATO-nun üzvü olacağıq. Biz hər zaman ABŞ-nin güclü tərəfdaşı olacağıq. Biz yaxın qonşularıq. Biz 80 ildir ki əməkdaşlıq edirik və düşünürük ki, gələcək bizim əməkdaşlığımız üçün yeni üfüqlər açacaq”, - o, "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

Siyasətçi bildirib ki, Qrenlandiya sakinləri “amerikalı olmaq istəmirlər”.

“Biz ABŞ-nin tərkibinə keçmə istəmirik, bununla belə ABŞ ilə sıx əməkdaşlığa can atırıq”, - deyə Egede bildirib.

Qeyd edək ki, Qrenlandiya muxtar bölgə kimi Danimarkanın tərkibinə daxildir və 1979-cu ildən etibarən öz müqəddəratını referendum yolu ilə həll etmək hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti