Bakı. Trend:
İran və Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq saziş imzalanıb.
Trend-in məlumatına, iki ölkə arasında müqavilə İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Sözügedən saziş 1 müqəddimə və 47 bənddən ibarətdir.
Bu saziş iki ölkə arasında üç il davamlı müzakirələr nəticəsində əldə olunub. Saziş iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır.
Sazişdə ticarət və iqtisadiyyatdan əlavə innovasiya texnologiyaları, dincməqsədli nüvə enerjisi, informasiya və kiber təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizi və ətraf mühit üzrə əməkdaşlıq və s. nəzərdə tutulur.