Bakı. Trend:
Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ildə 328,9 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 32,8%, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,7% artıb.
Dövr ərzində əvvəlki illə müqayisədə ölçmə cihazlarının istehsalı 2,1 dəfə, stolüstü kompüterlərin istehsalı 49,2%, güc transformatorlarının istehsalı 40,8%, noutbukların istehsalı isə 16,3% artıb.