Bakı. Trend:
Ötən il Azərbaycanda neft məhsulları istehsalında azalma qeydə alınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, məlumata əsasən, 2024-cü ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4741,2 milyon manat olub. Bu isə 2023-cü illə müqayisədə 11% azalma deməkdir.
Qeyd olunub ki, neft məhsullarından sürtkü yağları istehsalı 16,2% artıb, ağ neft istehsalı 4,6%, neft bitumu istehsalı 4,6%, avtomobil benzini istehsalı 16,2%, neft koksu istehsalı isə 23,5% azalıb.