...

Türkiyədən Gürcüstana hazır geyim məhsulları ixracı azalıb

Dünya xəbərləri Materials 17 Yanvar 2025 10:36 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Gürcüstana hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz azalaraq, 96 milyon 750 min 18 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Gürcüstana 7 milyon 289 min 11 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 29,8 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti