...

Fransalı baş nazir etimadsızlıq səsverməsindən qalib ayrılıb

Dünya xəbərləri Materials 17 Yanvar 2025 12:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa parlamentində baş nazir Fransua Bayruya qarşı etimadsızlıq səsverməsi keçirilib. Səsvermədə lazımi sayda səs toplanmadığından o, tutduğu postu qoruyub saxlayıb.

Trend xəbər verir ki, etimadsızlıq votumunun təşəbbüskarı “Fəth olunmaz Fransa” adlı radikal solçu partiya olub.

Sonradan bu təşəbbüsə “Yaşıllar” və kommunistlər də qoşulublar.

Bununla belə, yaranmış qruplaşma, etimadızlıq votumunun keçməsi üçün tələb olunan səs sayını toplamağa nail olmayıblar. Bunun üçün 577 deputatı olan parlamentdən azı 288 tələb olunduğu halda,etimadsızlığın leyhinə yalnız 131 nəfər səs verib.

Bayrunun hakimiyyətdən getməsinə nail olmağa çalışan “Fəth olunmaz Fransa”nı Sosialist partiyası dəstəkləməyib. Bayrunun komandası adıçəkilən partiya ilə bir neçə həftə ərzində danışıqlar aparıb və ona dəstək olacaqları təqdirdə prezident Makronun pensiya islahatlarına yenidən baxılmasına şərait yaradacağını vəd etmişdi.

Xəbər lenti

Xəbər lenti